Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.19.2026 | 09:31 | Baxılıb: 7672
Türkiyənin Sakarya vilayətinin Arifiye qəsəbəsində Azərbaycan vətəndaşına ağır xəsarətlər yetirilib.

“gece.ws” yerli mediaya istinadən xəbər verir ki, Fatih məhəlləsində naməlum şəxs və ya şəxslər 30 yaşlı S.A.-nı döyüblər.

Daha sonra eyvandan küçəyə atılan həmyerlimizi sakinlər görərək, təcili tibbi yardım çağırıblar.

Ağır kəllə-beyin və digər xəsarətlər almış gənc Sakarya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.