Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.11.2025 | 10:08 | Baxılıb: 1836
Naftalanda yerləşən sanatoriyada bədbəxt hadisə baş verib.

“gece.ws” xəbər verir ki, “Möcüzəvi Naftalan” sanatoriyasında çalışan Goranboy rayon Tatarlı kənd sakini 1988-ci il təvəllüdlü Abbas Hüseynovu elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

Oxşar hadisə Ağdaş rayonunda baş verib. 2014-cü il təvəllüdlü Yaqub Hacıyev yaşadığı Ağdaş şəhərindəki evin həyətində cərəyan vurması nəticəsində ölüb.

Bundan başqa dünən saat 13 radələrində Qusarın Aşağı Ləgər kənd sakini 1992-ci il təvəllüdlü Hacıverdi Səfərov həmkəndlisinə məxsus evdə təmir işləri görərkən elektrik cərəyanı vurmasından vəfat edib.

Hər üç faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.