Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.12.2026 | 15:26 | Baxılıb: 18405
Azərbaycanda zəlzələ baş verib.

“gece.ws” xəbər verir ki, yeraltı təkanlar Qəbələ, İsmayıllı, Zaqatala və başqa bir neçə rayonda hiss olunub.

***

Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanlar  saat 15:13-də, Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda qeydə alınıb.

5.1 maqnitudalı zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.

***

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.