
“gece.ws” xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA və REAL TV-yə müsahibəsində deyib.
General həqiqi hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmətin tətbiqi ilə bağlı suallara aydınlıq gətirib:
“Daha qısa zamanda hərbi biliklərə yiyələnməsi mümkün olduğu halda bu məsələ müzakirə oluna bilər. Hazırda bu məsələ müzakirə mövzusu deyil. Ödənişli hərbi xidmətin də tətbiqi bu gün gündəlikdə yoxdur”.