Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.28.2026 | 22:36 | Baxılıb: 977
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək.

“gece.ws” xəbər verir ki, ümumilikdə 4 vaqon buğda və 4 vaqon gübrənin göndərilməsi gözlənilir. 

Bildirilir ki, qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. 

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 000 tondan çox taxıl, 4 000 tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq daşınıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.