Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.29.2026 | 09:51 | Baxılıb: 2739
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yeri müəyyən olunub.

Bu barədə “gece.ws”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Muraz Qurbanovun Birləşmiş Ərəb Əmirliklərində, Suraxanı RPİ tərəfindən axtarışda olan Əlağa İsmayılovun Ukraynada, Sumqayıt ŞPİ tərəfindən axtarışda olan Elmir Nuriyevin isə Almaniyada olması müəyyən edilərək İnterpol kanalları vasitəsilə saxlanılıblar.

DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxslərin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.