Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycanın cüdo millisi medal sayına görə birinci oldu
 
						Azərbaycanın cüdo millisi medal sayına görə birinci oldu
Əlavə olunub: 04.07.2025 | 10:29 | Baxılıb: 1102
Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında keçirilən cüdo üzrə Avropa Kuboku yekunlaşıb.

Bu barədə “gece.ws”ya Azərbaycan Cüdo Federasiyasından bildirilib.

İkinci yarış günü Azərbaycan milli komandası üçün uğurlu alınıb. Cüdoçularımız 3 qızıl, 2 gümüş və 1 bürünc medala seviniblər.

Kişilərin mübarizəsində -90 kq-da çıxış edən Murad Fətiyev finalda Tokio Olimpiadasının gümüş mükafatçısı Eduard Trippelə (Almaniya) qalib gələrək çempion olub. Bu çəki dərəcəsində Vüqar Talıbov bürünc medalı boynundan asıb. Daha bir kişi cüdoçumuz Kərim Allahverdiyev isə -81 kq çəkidə gümüş medala sahibi olub.

Qadınlar arasında - 52 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Aydan Vəliyeva fəxri kürsünün birinci, Gültac Məmmədəliyeva isə ikinci pilləsinə qalxıb. -57 kq-da Fidan Əlizadə keçirdiyi dörd görüşün hamısında rəqiblərindən üstün olaraq millimizin hesabına daha bir qızıl medal əlavə edib.

İlk yarış günündə Kamran Süleymanov (-73 kq) və Nərmin Əmirli (-78 kq) üçüncülüklə yadda qalmışdı.

Yekunda Azərbaycan milli komandası 3 qızıl, 2 gümüş və 3 bürünc medalla Avropa Kubokunda 39 ölkədə arasında birinci olub.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.