Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır
 
						Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır
Əlavə olunub: 04.10.2025 | 09:45 | Baxılıb: 727
Azərbaycanın daha iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.

“gece.ws” xəbər verir ki, Jalə Əliyeva (57 kq) və Ruzanna Məmmədova (62 kq) xalça üzərinə çıxacaqlar.

Alyona Kolesnik (59 kq) isə bu gün bürünc medal uğrunda qarşılaşmada Aurora Russo (İtaliya) - Mariana Çerdivara (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olubsa, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qitə birinciliyi aprelin 13-də başa çatacaq.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.