“gece.ws” xəbər verir ki, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, eləcə də UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax iştirak edib.
Mükafat barədə danışan Rossbaxın sözlərinə görə, qlobal şəhərsalma icması olaraq müvafiq tərəflər özündən sonra şəhərsalma sahəsində icrası mümkün olan miras qoymalıdır: “Geriyə qoyduğumuz miraslardan biri də ondan ibarətdir ki, ilk dəfə WUF-da 500-dən artıq fərqli təcrübələri bir araya gətirdik”.
Qeyd edilib ki, Meksikada keçiriləcək WUF14-də artıq seçilmiş şəxslərə mükafat təqdim ediləcək. Mükafatın əsas məqsədi dayanıqlı şəhərsalma ideyalarını təşviq etmək, bu sahədəki qabaqcıl qlobal təşəbbüsləri qiymətləndirməkdir.
Günel İbrahimova