Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.24.2026 | 12:24 | Baxılıb: 2270
Azərbaycan millisinin sabiq üzvü Təmkin Xəlilzadə dünyanın tanınmış futbolçuları ilə bir turnirdə iştirak edəcək.

“gece.ws” xəbər verir ki, 32 yaşlı cinah müdafiəçisi Türkiyənin “Volves” minifutbol komandasında oynayacaq. Bu barədə “Volves”in instaqram hesabında məlumat paylaşılıb.

T.Xəlilzadə hər il keçirilən “Golazo” turniri üçün heyətə cəlb edilib. “Volves”də Martin Şkrtel və Fernandao kimi futbolçular da oynayacaq. Turnirdə isə Rayan Babel, Rikardo Kuarejma, Elmander, Tuncay Şanlı kimi futbolçular da çıxış edəcək.

Qeyd edək ki, “Volves” həvəskar futbol və minifutbol və futzal liqalarında yarışan komandadır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.