Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.21.2026 | 13:44 | Baxılıb: 1809
Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun məhkəmə prosesi həbs cəzası ilə yekunlaşıb.

“gece.ws” Aktual.ge-yə istinadən xəbər verir ki, iyulun 19-da Bolnisi Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında hakim prokurorluğun vəsatətini təmin edib və Kənan İsmayılov barəsində 7 aylıq həbs cəzası təyin edib.

Məhkəmənin qərarına əsasən, həbs müddəti onun saxlanıldığı gündən hesablanacaq. Bundan əlavə, cinayətdə iştirak edən daha 3 nəfər barəsində 2 il şərti cəza hökmü verilib.

Hadisə ilə bağlı ilk məlumatı aprelin 6-da hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. O qeyd etmişdi ki, distributordan biri çörəyin qiymətini artırmadığı üçün Marneuli meri Daur İsmayılovun qardaşı və onun ətrafındakı şəxslər tərəfindən amansızcasına döyülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.