Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.08.2026 | 13:46 | Baxılıb: 3794
Türkiyənin Samsun şəhərində Ondokuz Mayıs Universitetində uzmanlıq təhsili alan azərbaycanlı rezident həkim A.B. evində intihara cəhd edib.

“gece.ws"in Türkiyə mediasına istinadən məlumatına görə, həmyerlimiz ondan xəbər ala bilməyən dostlarının evinə getməsi sayəsində xilas edilib.

Məlumata görə, iki uşaq anası olan A.B. Ondokuz Mayıs Universitetinin Tibb Fakültəsinin Uşaq Sağlamlığı və Xəstəlikləri kafedrasında uzmanlıq təhsili alır və onun burada təhsilinin bitməsinə iki ay qalıb. 

İddialara əsasən, o, klinikada üzləşdiyi problemlərə görə intihara cəhd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.