Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.04.2026 | 16:04 | Baxılıb: 2729
Azərbaycan əsilli Gündüz Məmmədov Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətinin rəis müavini təyin edilib.

“gece.ws” “ZN.ua” portalına istinadən xəbər verir ki, Ukraynanın müdafiə naziri Mixaylo Fedorov bununla bağlı əmr imzalayıb.

Gündüz Məmmədov 1974-cü ildə Gəncə şəhərində anadan olub. Uzun illər Ukraynanın prokurorluq orqanlarında çalışıb. 2014-cü ilin iyulundan Odessa prokuroru vəzifəsini tutub, 2015-ci ilin dekabrından Odessa vilayəti prokurorunun müavini olub. Bununla yanaşı, o, 2019-2021-ci illərdə isə Ukrayna Baş prokurorunun müavini vəzifəsini tutub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.