Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.30.2026 | 12:29 | Baxılıb: 1586
Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

“gece.ws” xəbər verir ki, iyunun 29-u saat 13 radələrində 2017-ci il təvəllüdlü M.Mərciyeva yaşadığı Şərq küçəsi ev 332 mənzil 32-nin eyvanından yıxılıb.

5-ci mərtəbədən yıxılan qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, iyunun 29-u saat 12:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, E.Ağayev 332 ünvanından çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 2017-ci il təvəllüdlü (qadın cinsli) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.