Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bağanis-Voskepar yolu minatəmizləmə işləri üçün bağlandı
 
						Bağanis-Voskepar yolu minatəmizləmə işləri üçün bağlandı
Əlavə olunub: 04.23.2024 | 11:22 | Baxılıb: 1273
Ermənistanın Daxili İşlər Nazirliyi delimitasiya prosesi çərçivəsində minatəmizləmə işlərinin həyata keçirilməsi üçün Bağanis-Voskepar avtomobil yolunu bağlayıb.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata görə, vətəndaşlara həmin ərazilərdən kənar durmaqla bağlı xəbərdarlıq edilib.

Həmçinin qeyd olunub ki, delimitasiyadan sonra sərhəd xəttinin mühafizəsi Sərhəd Qoşunlarına təhvil veriləcək.

Xatırladaq ki, aprelin 22-də Ermənistanla Azərbaycan arasında delimitasiya prosesindən əvvəl Tavuş vilayətinin Əskipara (Voskepar) kəndində minatəmizləmə işlərinə başlanılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.