Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.04.2025 | 13:52 | Baxılıb: 1551
Bu gün saat 05:50 radələrində Bakı-Qazax avtomobil yolunun 248-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” Baş DYP İdarəsinə istinadən xəbər verir ki, İsmayıl İsmayılovun idarə etdiyi “Mercedes” markalı, 77-DU-358 nömrə nişanlı yük avtomobili yoldan çıxaraq aşıb.

Hadisə yerinə dərhal DİN-in Baş DYP İdarəsinin əməkdaşları cəlb olunub. Görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində dizel yanacağı daşıyan nəqliyyat vasitəsinin yanmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

İdarə sürücülərə müraciət edərək bildirib ki, xüsusilə iri tonnajlı və yanacaq daşıyan nəqliyyat vasitələrinin idarə olunması zamanı yüksək diqqət, məsuliyyət və ehtiyatlılıq vacibdir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.