Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.04.2026 | 13:48 | Baxılıb: 2105
Bu gün saat 11 radələrində Bakı-Qazax yolunda ağır qəza baş verib.

“gece.ws” xəbər verir ki, magistralın Ağdaş rayonu Ləki qəsəbəsindən keçən hissəsində “Mercedes” markalı yük avtomobili TIR-la toqquşub.

Nəticədə “Mercedes”in 36 yaşlı sürücüsü Heydər Hüseyngil hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.