Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.24.2026 | 10:32 | Baxılıb: 4291
Daha bir piyada ehtiyatsızlığı ölümlə nəticələnib.

“gece.ws” xəbər verir ki, faciəvi hadisə dünən saat 14:00 radələrində Bakı–Quba avtomobil yolunun 53-cü kilometrliyində qeydə alınıb.

“gece.ws”nu yeni instaqram səhifəsində izləyin!

“VAZ-11173” markalı avtomobil yolu müəyyən edilməmiş yerdən keçməyə cəhd göstərən piyadanı vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.

Baş Dövlət Yol Polisi İdarəsi hadisənin görüntüsünü yayıb və bir daha bütün yol hərəkəti iştirakçılarını, xüsusilə piyadaları diqqətli və məsuliyyətli olmağa çağırıb:

“Piyadalar üçün ən sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik qaydası yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən və təhlükəsizlik tələblərinə əməl etməklə keçməkdir. Bu qaydalara laqeyd yanaşmaq ağır, bəzən isə geri dönüşü olmayan faciələrlə nəticələnə bilər. Unutmayın, yol hərəkətində təhlükəsizlik hər birimizin şəxsi məsuliyyətindən başlayır. Bir anlıq ehtiyatsızlıq ömürlük peşmançılığa səbəb ola bilər”.

Sözügedən görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.