Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.12.2026 | 17:06 | Baxılıb: 1627
Mayın 10-u “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışına start verilib.

“gece.ws” xəbər verir ki, mayın 11-də yarışın 193,2 kilometr məsafəni əhatə edən ikinci mərhələsi Şamaxıdan keçməklə İsmayıllıda yekunlaşıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır.

Beş mərhələdən ibarət yarışa mayın 14-ü Xankəndi şəhərində yekun vurulacaq.

Dünyanın bir çox ölkələrində yayımlanan və milyonlarla insan tərəfindən izlənilən yarış regionda turizmin inkişafına böyük töhfə verir.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.