Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.03.2026 | 11:11 | Baxılıb: 4080
Bakıda ölümlə nəticələnən dəhşətli hadisə baş verib.

“gece.ws” xəbər verir ki, avqustun 1-i saat 07 radələrində 2007-ci il təvəllüdlü Kənan Ömər oğlu İbrahimli xalasının yaşadığı C.Xəndan küçəsi ev 42 A-nın pəncərəsindən yıxılıb.

18-ci mərtəbədən yıxılan gənc oğlan hadisə yerində ölüb.

Oxşar hadisə Nizami rayonunda da baş verib. Belə ki, avqustun 3-ü saat 01 radələrində Şabran sakini, 2006-cı il təvəllüdlü Aytac Rauf qızı Baxşiyeva kirayədə yaşadığı Özbəkistan küçəsi ev 7, mənzil 133-ün eyvanından yıxılıb. 20 mərtəbəli binanın 20-ci mərtəbəsindən yıxılan qız da vəfat edib.

Hər iki faktla bağlı aidiyyəti rayon prokurorluqlarında araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.