Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.19.2026 | 14:44 | Baxılıb: 1243
Bakının Xətai rayonu NZS qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, naməlum şəxs 2 nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirib.

Yaralılar Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

Bildirilib ki, bıçaqlanan şəxslərdən 32 yaşlı V.Ağayev dalaşanları ayırmağa çalışırmış. O, 2 bıçaq yarası alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, martın 18-də Xətai rayonu ərazisində iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub:

“Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı Y.Qriqoryev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda faktla araşdırma aparılır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.