“gece.ws” xəbər verir ki, Sabunçu rayonunda 1996-cı il təvəllüdlü P.Şükürov idarə etdiyi “Renault” markalı avtomobillə 1989-cu il təvəllüdlü piyada Könül Məmmədakif qızı Məmmədovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Oxşar hadisə Səbail rayonunda da qeydə alınıb. 2002-ci təvəllüdlü S.Mehdizadə “Hyundai Elantra” markalı avtomobillə Dövlət Bayrağı Meydanının yaxınlığında 1988-ci il təvəllüdlü piyada Axundova Vlada Vladislavovnanı vurub. 37 yaşlı qadın hadisə yerində vəfat edib.
Hər iki faktla bağlı cinayət işi başlanıb.
***
Bildirilib ki, Səbaildəki hadisə saat 21 radələrində Yeni Salyan Yolu 20-nin qarşısında (Dövlət Bayrağı Meydanının yanı) qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Salyan sakini Seyfulla Yusif oğlu Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı 77-SJ-148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus “Toyota” markalı 01-CH-477 nömrəli avtomobili arxadan vurub.
Nəticədə S.İsaqovun maşınında olan 1988-ci il təvəllüdlü paytaxt sakini Vlada Vladislavovna Axundova hadisə yerində ölüb. S.Mehdizadənin 1997-ci il təvəllüdlü sərnişini Bahar Məcidova isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.