
“gece.ws"in əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
10 yaşlı Elcan Məmmədov yaşadığı evdə səhhətinin qəfil pisləşməsi səbəbindən dünyasını dəyişib.
211 saylı orta məktəbin 4-cü sinif şagirdi olan Elcanın son günlər qripə yoluxduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 06:38 radələrində Mərkəzə Bakının Yasamal rayonundan çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində 2016-cı il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.
Aslan Vəliyev