“gece.ws” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində baş verib.
“Toyota Camry” markalı avtomobil idatəetmədən çıxaraq yol kənarındakı beton hasara çırpılıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
***
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, saat 14:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xəzər rayonu, Qala Qəsəbəsi, PirAllahı şosesi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 35 yaşlı (kişi cinsli) şəxsə zəruri tibbi xidmət göstərilib və müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.