Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.07.2026 | 10:44 | Baxılıb: 9164
Tanınmış jurnalist, teleaparıcı Turan İbrahimovun bacanağı vəfat edib.

“gece.ws” xəbər verir ki, T.İbrahimovun baldızının həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib.

E.Səfiyarov özəl şirkətlərdən birində çalışırmış. Mərhumun həyat yoldaşı Pərvin Səfiyarova və onun bacısı Nərmin İbrahimova tanınmış bloqerlərdir. P.Səfiyarova həyat yoldaşının ölümündən sonra səhifəsini bağlayıb.

Emin Səfiyarovun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhər M. Xəzani adına musiqi təmayülü orta internat məktəbinə rəhbərlik edir.

Mərhumun 2 övladı yadigar qalıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.