Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.25.2026 | 12:23 | Baxılıb: 3009
Paytaxtın Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yerləşən Adil Məmmədov küçəsində nəqliyyat xaosu hökm sürür.

“gece.ws” Xəzər TV-yə istinadən xəbər verir ki, yolun hər iki tərəfindən avtomobillərin park edilməsi burada digər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir. Adil Məmmədov küçəsindən keçən 85 saylı müntəzəm marşrut xəttinə məxsus iritutumlu avtobuslar isə ümumiyyətlə buradakı tıxacı keçə bilmir.

Sürücülər 100 metrlik məsafəni bəzən 40-45 dəqiqəyə çətinliklə keçdiklərini və bu halın sərnişinlərin də narazılığına səbəb olduğunu deyib.

Daha ətraflı süjetdə:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.