Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.17.2026 | 11:44 | Baxılıb: 997
Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.

Azərbaycan Güləş Federasiyasından “gece.ws”ya verilən məlumata görə, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək.

Avqustun 27-də paytaxtda U-17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.

Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U-17 dünya çempionatına da ev sahibliyi edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.