Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.30.2025 | 11:12 | Baxılıb: 7409
Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işlərinə başlanılır.

“gece.ws” Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 36A ünvanında yerləşən istismar müddətini başa vurmuş bir neçə 5 mərtəbəli yaşayış binasından gedir.

Layihəni həyata keçirən “Kursus Nizami” MTK-dan bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaları yeni, 16 mərtəbəli binalar əvəzləyəcək.

Sakinlərlə müqavilələr bağlanıb, buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq yeni binadan mənzillərlə təmin olunacaqlar.

Daha ətraflı videomaterialda:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.