Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.26.2026 | 10:57 | Baxılıb: 1718
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

“gece.ws” xəbər verir ki, İdarəyə Xəzər dənizinin Qaradağ rayonu ərazisində yerləşən sahilində naməlum şəxsin narkotiklərin satışını həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbirlərlə 48 yaşlı Ayaz Əsədov su polisləri tərəfindən saxlanıb. Onda marixuana, heroin, psixotrop maddə olan metamfetamin və narkotiklərin qəbulu üçün nəzərdə tutulan digər ləvazimatlar aşkarlanıb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.