Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.02.2026 | 10:24 | Baxılıb: 3117
Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ər və arvadı bıçaqlanıb.

“gece.ws” Oxu.az-a istinadən xəbər verir ki, Biləcəri qəsəbəsində yerləşən mənzildə 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxslərin 2008-ci il təvəllüdlü oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin ailədaxili münaqişə zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.