Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.13.2026 | 15:31 | Baxılıb: 5268
Bakıda 25 yaşlı kişinin hoteldə meyiti tapılıb.

“gece.ws” xəbər verir ki, hadisə dünən saat 13 radələrində paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” hotelində baş verib.

Bakı şəhər sakini 2001-ci il təvəllüdlü İbrahim Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, fevralın 12-si saat 13:34 radələrində mərkəzə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Briqada tərəfindən 2001-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.