Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.14.2026 | 13:00 | Baxılıb: 1799
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

“gece.ws” xəbər verir ki, tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 45 yaşlı Teymur Bağırovdan 30 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. T.Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.