Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.20.2026 | 13:29 | Baxılıb: 3071
Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər yayılıb.

“gece.ws” xəbər verir ki, görüntüləri jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında paylaşıb.

O, paylaşımında sözügedən xəstəxananın sanitar qovşağını paylaşaraq, buranın antisanitariya qaynağı olduğunu bildirib.

Jurnalist həmçinin qeyd edib ki, otaqlar və dəhlizlər də oxşar vəziyyətdədir.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.