Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıdakı dünya çempionatının hakimləri bəlli oldu
 
						Bakıdakı dünya çempionatının hakimləri bəlli oldu
Əlavə olunub: 04.15.2025 | 14:31 | Baxılıb: 1950
Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının hakimləri açıqlanıb.

“gece.ws” xəbər verir ki, qarşılaşmaları 14 ölkənin referisi idarə edəcək.

Onların arasında azərbaycanlı Rza Məmmədov da olacaq.

Mundialda bu referilər fəaliyyət göstərəcək:

Alaa Eddin Zidan (Liviya), Ales Müller (Sloveniya), Aleksander Vangelov (Bolqarıstan), Antoniyo Meşiç (Xorvatiya), Katalin Pidqirni (Moldova), Grem Florens (ABŞ), İlyes Çakrun (Tunis), İstvan Mod (Macarıstan), Marko Popoviç (Monteneqro), Mixal Bereş (Slovakiya), Mohammed Adnan İsmail (İraq), Rza Məmmədov (Azərbaycan), Tamaş Paul (Rumıniya), Tomaş Sikora (Çexiya).

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.