Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.13.2026 | 08:26 | Baxılıb: 969
Yeni iş həftəsinin ilk günündə Bakının bir sıra yollarında yenə tıxac yaranıb.

“gece.ws” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumata görə, aşağıdakı yollarda sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

5. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

7. Mətbuat prospekti, “Mikayıl Müşfiq” dairəsi istiqamətində;

8. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

10. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.