Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.12.2026 | 22:02 | Baxılıb: 4360
Tümendən Bakıya uçan “UTair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Rusiyanın Ufa şəhərində məcburi eniş edib.

“gece.ws” xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, təyyarə avqustun 12-də yerli vaxtla saat 21:15-də (Bakı vaxtı ilə 20:15) “Ufa” Beynəlxalq Hava Limanına enib.

Məlumata görə, təyyarə normal şəkildə eniş edib.

Hazırda hadisə ilə bağlı yoxlama aparılır.

Qeyd edək ki, bundan əvvəl Batumidən Permə uçan “Red Wings Airlines” şirkətinə məxsus təyyarə də texniki nasazlıq səbəbindən Yekaterinburqun “Koltsovo” hava limanına məcburi eniş etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.