Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.02.2026 | 06:44 | Baxılıb: 1268
Balakəndə iki avtomobil toqquşub.

“gece.ws"in məlumatına görə, hadisə ötən gün günorta saatlarında  Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 60 yaşlı Mamed Niçaxovun idarə etdiyi “Mercedes” və 31 yaşlı Musa Qurbanovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.