Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.10.2026 | 10:06 | Baxılıb: 4919
Bu gün səhər saatlarında Balakən rayonu Katex kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“gece.ws” xəbər verir ki, “Hyundai”, “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanlar var.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Hadisə nəticəsində 3 nəfər ölüb.

Bunlar “Hyundai” markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı, “Toyota”da olan Mütəllibov Rəşad Yaşar oğlu və Balakən rayon Katex kənd sakini 1974-cü il təvəllüdlü Məmmədova Pərvanə Zahid qızıdır.

1975-ci il təvəllüdlü Mütəllibov Yaşar Mahamarəsul oğlu, 1965-ci il təvəllüdlü Soltanov Şərif Siracəddin oğlu xəsarət alıb.

***

“Toyota”da ölən sürücü və sərnişin ana-oğul olub.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.