
“gece.ws” xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 15:41-də Balıkesirin Sındırqı rayonunda qeydə alınıb.
Zəlzələnin ocağı 14,13 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 ballıq zəlzələ baş vermişdi. Həmin hadisədə çökən binanın dağıntıları altından bir ailənin 4 üzvünün meyiti çıxarılmışdı.