Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.19.2026 | 18:35 | Baxılıb: 1313
Suraxanı ərazisində oğurluq hadisəsi qeydə alınıb.

“gece.ws” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qaraçuxur qəsəbəsində yerləşən evlərdən birinə daxil olan naməlum şəxs 11.500 manat pulu talayaraq ələ keçirib. Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş Vüqar Yunsurov saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Araşdırmalarla V. Yunsurovun oğurluq etdiyi evin pəncərəsini balta ilə sındıraraq içəri daxil olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.