Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.03.2025 | 09:03 | Baxılıb: 1127
Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluqlarla bağlı yenidən əhaliyə müraciət edib.

“gece.ws” xəbər verir ki, müraciətdə deyilir:

“Texnologiya inkişaf etdikcə dələduzluq üsulları dəyişir. Heç bir halda kart məlumatlarınızı (PIN, CVV, parol, SMS kod və s.) kənar şəxslərlə paylaşmayın. Bank əməkdaşı, və ya hər hansı təşkilat sizdən bu məlumatları heç vaxt tələb etmir.

“Bankdandır, kodu təcili verin”, “endirim üçün linki paylaşın”, “təcili yoxlama tələb olunur, məlumatları göndərin”, “nömrəniz uduş kuponu qazanıb, kodu qəbul edib, təsdiqləyin”, “kartınız bloklanacaq, təsdiq üçün linkə keçin”, “hesabınıza pul köçürülüb, qəbul üçün məlumatınızı daxil edin”, “sizin adınıza kredit sifarişi var, imtina üçün kodu göndərin” və bunlar hamısı bir məqsədə xidmət edir — məlumatınızı, daha sonra isə vəsaitinizi ələ keçirməkdir.

Vətəndaşlardan xahiş olunur ki, belə hallarla rastlaşdıqda bankla və DİN-in “102” Xidməti-Zəng Mərkəzi ilə dərhal əlaqə saxlasınlar. Heç kim şübhəli keçidlərə daxil olmasın, şəxsi məlumatları sosial şəbəkələrdə və ya mesajlaşma tətbiqlərində paylaşmasın, çünki bir mesajla aldada, bir kliklə pulunuzu oğurlaya bilərlər”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.