Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.04.2026 | 19:25 | Baxılıb: 1192
Ermənistan məhkəməsi arxiyepiskop Baqrat Qalstanyanın barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığına dəyişdirib.

“gece.ws” xəbər verir ki, bu haqda “Sputnik Ermənistan” məlumat yayıb.

“Arxiyepiskop Baqrat Qalstanyan ev dustaqlığına köçürülüb. Bu qərarı Apellyasiya Məhkəməsi onun vəkili Hovhannes Xudoyanın vəsatətini qismən təmin edərək qəbul edib”, - məlumatda deyilir.

Xatırladaq ki, arxiyepiskop 2025-ci il iyunun 26-da saxlanılıb. O, terrorçuluq, kütləvi iğtişaşlar və hakimiyyəti ələ keçirməyə cəhd ittihamları ilə məsuliyyətə cəlb olunub. Arxiyepiskop özünə qarşı irəli sürülən ittihamları qəbul etmir və baş verənləri siyasi təqib adlandırır. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.