Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.09.2026 | 01:10 | Baxılıb: 7530
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. 

“gece.ws” xəbər verir ki, gecənin ən maraqlı matçlarından biri Parisdə baş tutub.

PSJ doğma meydanda İngiltərənin “Liverpul” klubunu qəbul edib. Gərgin keçən matçda Paris təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edərək cavab oyunu öncəsi böyük üstünlük əldə edib.

Digər maraqlı qarşılaşma isə İspaniya nəhəngləri arasında baş tutub. “Barselona” öz meydanında Madrid “Atletiko”sunu qəbul etsə də, azarkeşlərini sevindirə bilməyib. “Atletiko” səfərdə “Barselona”ya 2:0 hesabı ilə qalib gələrək yarımfinal yolunda ciddi addım atıb.

Xatırladaq ki, 1/4 finalın digər ilk oyunlarında aşağıdakı nəticələr qeydə alınmışdı:

“Real Madrid” 1:2 “Bavariya”

“Sportinq” 0:1 “Arsenal”

Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək və yarımfinalçılar bəlli olacaq

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.