Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Barselona”dan darmadağın, PSJ-dən qələbə
 
						“Barselona”dan darmadağın, PSJ-dən qələbə
Əlavə olunub: 04.10.2025 | 02:12 | Baxılıb: 2251
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

“gece.ws” xəbər verir ki, son oyun günündə də iki qarşılaşma keçirilib.

İspaniya “Barselona”sı doğma meydanda Almaniyanın “Borussiya Dortmund” klubunu darmadağın edib - 4:0. Qolları Rafinya, Robert Levandovski (2) və Lamin Yamal vurublar.

Digər oyunda isə Fransa PSJ-si İngiltərənin “Aston Villa” komandasını sınağa çəkib. Paris təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Dezire Due, Xviça Kvaratsxeliya və Nunu Mendeş fərqləniblər. Qonaqların qoluna isə Morqan Rocers imza atıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 15-16-da baş tutacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.