Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı AFFA-da görüş
 
						“Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı AFFA-da görüş
Əlavə olunub: 04.01.2025 | 17:27 | Baxılıb: 1973
İspaniyanın “Barselona” klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfər çərçivəsində AFFA-da olublar.

“gece.ws” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Onlar AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşüblər. Görüş zamanı “Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb.

İspaniya klubunun nümayəndələri AFFA-nın baş katibinə xatirə hədiyyəsi təqdim ediblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.