
Klubdan “gece.ws”ya verilən məlumata görə, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, MOİK-lə keçirilən qarşılaşmada baş məşqçi Adil Şükürov 60-cı dəqiqədə Nəbiyevi əvəzləmək istəmişdi. O, isə çalışdırıcıya etiraz edərək meydandan çıxmamışdı. Tərəflər arasında gərginliyin matçdan sonra da davam etdiyi bildirilirdi.
Yusif Nəbiyev 2023-cü ildən “Səbail”də çıxış edir.