Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Baş nazirdən su təchizatı ilə bağlı - Qərar
 
						Baş nazirdən su təchizatı ilə bağlı 
							 - Qərar
Əlavə olunub: 04.29.2024 | 17:35 | Baxılıb: 5146
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir.

“gece.ws” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Qərarında öz əksini tapıb.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nizamnaməsinə əsasən, Xidmət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində fəaliyyət göstərir.

Xidmətin idarəetmə orqanı onun İdarə Heyətidir. İdarə Heyəti Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti beş üzvdən – Agentliyin sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyəti sədrindən və onun dörd müavinindən ibarətdir.

Xidmətin nizamnamə fondu 2 400 427 052 (iki milyard dörd yüz milyon dörd yüz iyirmi yeddi min əlli iki) manatdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.