Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.01.2025 | 15:09 | Baxılıb: 1891
Baş prokuror Kamran Əliyev Bakı şəhəri Xətai rayon prokurorluğunun inzibati binasında qəbul keçirib.

“gece.ws” xəbər verir ki, qəbulda Xətai rayonu və digər bölgələrdən olan vətəndaşlar iştirak edib.

33 nəfərin müraciətlərinə uyğun olaraq konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.