
“gece.ws” xəbər verir ki, o, Kərbəla şəhərində keçirilən “Qələbə yürüşü” zamanı tərəfdarları ilə birlikdə görüntülənib.
Bu, Həmidavinin ABŞ tərəfindən onun başına pul qoyulmasından sonra ilk ictimaiyyət arasında görünməsidir.
55 yaşlı liderin yürüş zamanı onlarla tərəfdarı ilə birlikdə hərəkət etdiyi və yayılan görüntülərdə maska taxdığı diqqət çəkib. Tədbir müxtəlif silahlı qrupların iştirakı ilə təşkil olunub.
Əl-Həmidavinin SEPAH-la əlaqələrinin olduğu bildirilir.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin “Ədalət üçün mükafat” proqramı çərçivəsində onun tutulmasına kömək edəcək məlumat verənlərə 10 milyon dollara qədər mükafat vəd olunub.