Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.03.2026 | 15:47 | Baxılıb: 2684
Azərbaycan Basketbol Federasiyası İrlandiya millisinin baş məşqçisi Maykl Bridən Beynəlxalq Basketbol Federasiyasına (FIBA Europe) şikayət edib.

“gece.ws” Prosport.az-a istinadən xəbər verir ki, şikayət fevralın 27-də Avropa çempionatının (EuroBasket-2029) ilkin seçmə mərhələsinin Dublində keçirilən İrlandiya – Azərbaycan oyununda meydan sahiblərinin baş məşqçisinin ölkəmiz əleyhinə səsləndirdiyi təhqiramiz fikirlərlə bağlıdır.

Belə ki, şikayət məktubunda 3-cü periodun bitməsinə 9 dəqiqə 16 saniyə qalmış götürülən taym-aut zamanı 45 yaşlı məşqçinin Azərbaycanı təhqir etməsi göstərilib.
Federasiya televiziya ilə açıq-aydın eşidilən bu fikirlərin yolverilməz olduğunu, feyr-pley qaydalarına və idman ruhuna uyğun gəlmədiyini bildirib, bu məsələnin araşdırılması və irlandiyalı məşqçi barəsində lazımi intizam tədbirlərinin görülməsi xahiş edilib.

Qeyd edək ki, millimiz həmin görüşdə 76:75 hesabı ilə qalib gələrək A qrupunun turnir cədvəlində 3-cü sıraya yüksəlib. Tərəflər iyulun 5-də Bakıda cavab oyununa çıxacaq.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.